Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti saxta “Apple Store” mağazalarını məhkəməyə verib
Saxta “Apple” mağazaları haqqında çoxsaylı məlumatların dərc olunmasından sonra Amerika korporasiyası nəhayət ki, onlarla maraqlanıb. “AppleInsider” bildirib ki, Stiv Cobsun şirkəti Nyu-York məhkəməsinə 50 şirkətə qarşı iddia verib. Məlum olub ki, ticarət markasına olan hüquqları pozmuş cavabdehlərdən biri kimi “Apple Story” Nyu-York mağazasının sahibi çıxış edir.
İddia ərizəsinin təfərrüatları naməlumdur, buna görə də digər 49 cavabdeh haqqında məlumat yoxdur.
Ehtimal ki, “Apple” Çin mağazalarına qarşı iddia verəcək. Qeyd edək ki, Çin mağazaları “Apple Store” mağazalarının interyerini kopyalayıblar.
06/08/11 Çap et