Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tələbələrə kibercinayətlərə görə məsuliyyət məsələləri mövzusunda seminar keçirilib


Azərbaycan Universitetində “Kibercinayətkalığa qarşı mübarizənin hüquqi problemləri. Azərbaycan Respublikası Cinayət Məcəlləsində kibercinayətlərə görə məsuliyyət məsələləri” mövzusunda seminar keçirilib.

“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə müasir dövrdə rəqəmsal texnologiyaların, kompüter və internet şəbəkələrinin, bankomatların, ödəniş kartlarının və s. cinayətkar məqsədlərlə istifadəsi ilə əlaqədar cinayət xarakteri kəsb edən kibercinayətlərin mahiyyətindən danışılıb, bu hüquqazidd əməllərə qarşı beynəlxalq mübarizə məsələləri müzakirə edilib.

Avropaya İnteqrasiya Mərkəzi (AİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı seminarda milli qanunvericilikdə kibercinayətlərə görə məsuliyyətin aktual problemləri, o cümlədən 29 iyun 2012-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunla məcəllənin 30-cu fəslinə  (Kibercinayətlər) edilmiş dəyişikliklər və əlavə olunmuş yeni müddəalar dinləyicilərin diqqətinə çatdırılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

SEYMUR




24/06/13    Çap et