Daizi Zheng "Nokia" üçün "Coca-Cola" ilə işləyən mobil telefon icad edib. Nə qədər qəribə səslənsə də, mobil telefon qida elementlərinin karbohidratlardan (bu halda şəkər) elektrik yaratması ilə işləyir.
İxtiraçının sözlərinə görə, ətraf mühiti çirklənmədən qorumaq üçün adi standart batareya əvəzinə təbii bioloji məhsuldan istifadə olunub. Bio batareya karbohidratlardan elektrik əldə edə bilən ekoloji cəhətdən təmiz mənbədir və o burada katalizator kimi fermentlərdən istifadə edir.
Telefonunuza enerji yükləmək üçün sizə sadəcə şəkərli su lazım olacaq və telefonunuz enerji yığdığı zaman həmçinin su və oksigen də istehsal edəcək. Bio batareya ənənəvi lityum batareyadan 3-4 dəfə artıq işləmə potensialına malikdir və bununla da ekoloji cəhətdən təmiz məhsuldur.