Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkətinin səhmlərinin qiyməti 400 dollardan aşağı düşüb
“Apple” şirkətinin səhmlərinin qiyməti Nyu-Yorkda premarketdə 400 dollar psixoloji vacib səviyyədən aşağı düşüb.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu vəziyyət səhmdarlara bazarın “Apple” şirkətinin son addımlarından narazı qalmasına və həmçinin şirkətin inqilabi yeni məhsulları istehsal edə biləcəyinə inamsızlığa işarə edir.
Bu gün kaliforniyalı şirkətin qiymətli kağızları 3,3% və ya 13,74 dollar düşüb, ümumilikdə səhmlərin qiyməti 399,76 dollar təşkil edir, halbuki kağızlar ticarət gününü 413,76 dollardan başlayıblar. Bazar statistikasına görə, son 4 ay ərzində “Apple” şirkətinin səhmlərinin qiyməti 400 dollardan aşağı düşməyib.
Xatırladaq ki, “Apple” şirkətinin səhmlərinin qiymətinin tarixi maksimum 705,07 dollar təşkil edib, illik minimum isə - 385,10 dollar.
Aynur Vəliyeva
25/06/13 Çap et