Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkəti sərfəli monoblok istehsal edəcək



 
Aparıcı fərdi kompüter istehsalçıları tez-tez "Google Android" əməliyyat sistemi (ƏS) üzərində təcrübə aparırlar. "HP" şirkəti dünən "Slate 21 AIO" monoblokunu təqdim edib.


Bəlkə də bu, "HP"-nin bazar tendensiyasına qarşı özünəməxsus cavabıdır. Belə ki, analitiklərin proqnozuna əsasən, ənənəvi FK satışlarının həcmi azalacaq və planşetlərdə isə əksinə, artacaq.

Bununla belə, "Slate 21 All one" monobloku planşetə bir o qədər də oxşar deyil: kifayət qədər qalın və ağırdır.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, qurğunun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməyib.

"HP" şirkəti prosessor qismində dördnüvəli "Nvidia Tegra 4" çipini tətbiq edib. Qurğu "Android 4.2" versiyası ilə işləyəcək, "Google Play" tətbiq mağazasına girişə malikdir.
Yeniliyin satışlarına ABŞ-da sentyabrda başlanılacaq. Qiyməti 400 dollar təşkil edəcək.

Emil Hüseynov
 




25/06/13    Çap et