Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çinlilər 5.6 millimetr ölçüsündə smartfon yaradıblar
Çinin "Umeox" şirkətinin təqdim etdiyi "X5" modelinin qalınlığı 5,6 millimetr təşkil edir. Lakin qurğunun texniki xüsusiyyətləri bir o qədər ürəkaçan deyil.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Umeox X5" smartfonu ikinüvəli prosessor, 8 meqapiksellik kamera, naməlum təsvir ölçüsünə malik 5,3 düymlü ekranla təchiz edilib və "Android 4.2 Jelly Bean" əməliyyat sistemi ilə işləyir.
Yenilik bu yay Avropada satışa çıxarılacaq. Smartfonun qiyməti açıqlanmır.
Emil Hüseynov
25/06/13 Çap et