Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Baxışla idarə olunan ilk ultrabuk yaradılıb
İsveçin "Tobii" şirkəti artıq bir neçə ildir noutbuklara gözlərin hərəkətini izləyən texnologiyanın inteqrasiyası ilə məşğuldur. Adıçəkilən şirkət belə qurğunu 2011-ci ildə "CeBIT" sərgisində təqdim edib.
"Lenovo" şirkəti tərəfindən istehsal edilmiş leptop nümunəsi baxış vasitəsilə kursoru idarə etməyə, fotoların ölçülərini böyütməyə, açıq pəncərələr arasında keçid etməyə və ya ekranın parlaqlığını sazlamağa imkan verirdi.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, sözügedən aparat daxili kameraların mövcudluğuna görə iki dəfə qalın və komponentləri kifayət qədər bahalı idi. "Tobii" şirkəti hazırda bildirib ki, o, aparat içliyini ultrabuk formasına yerləşdirməyə və onu "Synaptics ForcePad" taçpadı ilə təchiz etməyə müvəffəq olub.
Gözlə idarəetmə texnologiyası, həmçinin təkmilləşdirilib.
Emil Hüseynov
27/06/13 Çap et