Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İllik hesabat”ı hazırlanıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ı hazırlanıb. "İKT, informasiya və poçt sektorunun inkişafı", "İKT və poçt infrastrukturu: yeniliklərin tətbiqi", "İT sənayesinin inkişafı", "Elektron xidmətlərin tətbiqi və informasiya cəmiyyətinin inkişafı", "Beynəlxalq əməkdaşlıq və qiymətləndirmə" bölmələri üzrə hazırlanan hesabatda 2012-ci ildə həyata keçirilmiş işlərlə yanaşı, qarşıda duran vəzifələr, cari ildə həyata keçirilməsi nəzərdə tutulan əsas tədbirlər də yer alıb.
"İKT, informasiya və poçt sektorunun inkişafı" bölməsində sektorun ümumi mənzərəsi, bu sahəyə yatırılan investisiyalar, sektorda aparılan liberallaşdırma və tənzimləmə fəaliyyəti, sektorda kadr siyasəti əks olunub. "İKT və poçt infrastrukturu: yeniliklərin tətbiqi" bölməsində isə telekommunikasiya sektoru, sabit telefon şəbəkəsinin inkişafı, mobil rabitə: sektorda dinamik inkişaf edən sahə, internet milli seqmentinin inkişafı, kosmik sənayenin inkişafı və peykin orbitə çıxarılması, Azərbaycanda genişzolaqlı internetin inkişafı, rəqəmli televiziya yayımına keçid, avtomatik idarə olunan radiomonitorinq şəbəkəsi, poçt sektoru: maliyyə xidmətlərinin tətbiqi ilə bağlı ətraflı məlumatlar yer alıb.
"İT sənayesinin inkişafı" bölməsində İT sənayesi: mövcud vəziyyət, İT sahəsi üzrə perspektivlər, nanotexnologiyaların tətbiqi, "Elektron xidmətlərin tətbiqi və informasiya cəmiyyətinin inkişafı" bölməsində "Elektron hökumət"in yaradılması və e-xidmətlərin tətbiqi, "Elektron hökumət" həllərinin tətbiqi, dövlət strukturlarında mövcud sistemlər və elektron xidmətlər, əhalinin İKT savadlılığı, şəbəkə və informasiya təhlükəsizliyi, "Beynəlxalq əməkdaşlıq və qiymətləndirmə" bölməsində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sahə üzrə qurduğu beynəlxalq əməkdaşlıq, regional layihələr, eləcə də beynəlxalq qiymətləndirmə ilə bağlı məlumatlarla tanış olmaq mümkündür.
Hesabatın "2013-cü il: qarşıda duran vəzifələr" bölməsində isə "İKT ili"ndə reallaşacaq tədbirlər, o cümlədən sektorun inkişafı istiqamətində müəyyənləşən hədəf və məqsədlər əks olunub.
Həqiqət İSABALAYEVA
27/06/13 Çap et