Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Virusların 92%-i “Android” platforması üçün yaradılıb


Dünyanın ən böyük şəbəkə avadanlığı istehsalçılarından biri Amerikanın “Juniper Networks” şirkəti mobil təhlükələrə dair üçüncü illik hesabatını dərc edib. Hesabatda smartfon və planşetlər üçün virusların təkamül və artım tempi, həmçinin sözügedən biznesin hakerlər üçün nə dərəcədə əlverişli olub-olmadığı haqqında məlumat verilib. Hesabat 1,85 milyondan çox mobil tətbiq və virusun təhlilinə əsaslanır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər 2012-ci ilin martından 2013-cü ilin martınadək 276259 min zərərli tətbiq hesablayıblar ki, bu da ötən illə müqayisədə 614% çoxdur. Əvvəlki hesabat dövründə artım sürəti 155%-ə bərabər idi. Zərərli tətbiqlərin 92%-i “Android” platforması ilə işləyən cihazlar üçün nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə virusların 24%-i “Google”-un mobil platforması üçün nəzərdə tutulmuşdu.

“Android” platformasının hakerlər arasında populyarlığı onun smartfon bazarında lider olması ilə əlaqədardır.

Emil Hüseynov




27/06/13    Çap et