Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ÜTT Azərbaycanda elektron viza sisteminə keçidi alqışlayıb
Ümumdünya Turizm Təşkilatı Azərbaycanda elektron viza sisteminə keçilməsini alqışlayan press-reliz yayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, adıçəkilən təşkilatın baş katibi Taleb Rifai bildirib ki, Azərbaycanın bu qərarı ölkədə turizmin inkişafına təkan verəcək və yeni sistemin tətbiqi ölkəmizə beynəlxalq turist axınını artırmaqla bütövlükdə «Odlar yurdu»nun turizm sektorunun daha da inkişafına gətirib çıxaracaqdır.
Təşkilatın yaydığı press-relizdə qeyd edilir ki, viza sisteminin sadələşdirilməsi turizmin inkişafına və dolayısı ilə iqtisadi inkişafa müsbət təsir edən başlıca amillərdən biridir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, elektron viza sistemi 2013-cü ilin mart ayından etibarən tətbiq olunmağa başlanılıb. Yeni sistem sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına və vaxta qənaət etməyə şərait yaradır.
SEYMUR
28/06/13 Çap et