Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic Corporation” borc içindədir


Yaponiyanın "Panasonic" korporasiyası borclarını ödəməkçün ona məxsus səhmlərin təxminən 60%-ni başqa şirkətlərə 1,42 milyard dollar dəyərinə satıb. Bu barədə elektronika istehsalı üzrə ixtisaslaşmış Yaponiya şirkəti bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Panasonic" şirkəti "Toyota Motor Corporation" və "Nissan" kimi avtomobil nəhənglərinin səhmlərinin xeyli hissəsini satıb.
Qeyd edək ki, şirkətin maliyyə vəziyyəti onu belə ciddi addım atmağa vadar edib.

Emil Hüseynov




28/06/13    Çap et