Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə “NAND flash” bazarında mənfəətin həcmi 23 milyard dolları ötəcək
“HIS” analitik şirkətinin ekspertlərinin proqnozuna görə, 2012-ci illə müqayisədə hazırda qlobal “NAND flash” bazarında vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və bu il sözügedən seqmentdə sabit artım gözlənilir.
Fləş-yaddaş texnologiyasının müxtəlif qurğularda daha da geniş tətbiqi sözügedən bazarın inkişafına imkan yaradır.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, 2013-cü ildə “NAND” seqmentində mənfəətin həcmi 23,1 milyard ABŞ dolları təşkil edəcək ki, bu da ötənilki göstəricini 14% ötür.
Emil Hüseynov
28/06/13 Çap et