Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” bükülən “OLED”-televizor təqdim edib
Koreyanın "Samsung Electronics" şirkəti bükük ekran formasına malik ilk "OLED"-televizor təqdim edib. Televizorun qiyməti Cənubi Koreyada təxminən 13 min dollar təşkil edəcək.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Samsung"un əzəli rəqibi "LG" şirkəti apreldə Cənubi Koreyada bükük ekranlı 55 düymlü "OLED"-televizorlar üçün əvvəlcədən sifarişlərin qəbuluna başlayıb. "LG" şirkətinin istehsalı olan televizorların qiyməti də 13 min dollara yaxın qiymətləndirilir, lakin bu televizorlar hələlik ölkədən kənarda satılmır.
"Samsung"un istehsalı olan bükük ekranlı 55 düymlü "OLED"-televizorların dəyəri LCD displeyli analoji ölçüyə malik televizorların qiymətindən təxminən 5 dəfə çoxdur.
"Samsung" nümayəndələri ümid edirlər ki, smartfonlarda "OLED" ekranların uğurlu tətbiqi ilə əldə edilən təcrübə televizor istehsalı üzrə biznesdə də gəlir gətirəcək.
Yeni televizorların Cənubi Koreyadan kənarda satışlarına iyul ayından başlanılacaq.
Emil Hüseynov
28/06/13 Çap et