Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom.net” internet provayderi tələbələr üçün yay endirim kampaniyası elan edib


“Aztelekom.net” internet provayderi iyulun 1-dən oktyabrın 1-dək tələbələr üçün “Yay sevinci” endirim paketini təqdim edəcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, üç aylıq 1024 kbit/san sürətlə internetə qoşulmanın qiyməti ümumilikdə 30 manat əvəzinə 20 manat, 2048 kbit/san sürətlə qoşulma 45 manat əvəzinə 30 manat, 4096 kbit/san - 60 manat əvəzinə 40 manat,5120 kbit/san - 90 manat əvəzinə 60 manat, 6144 kbit/san - 120 manat əvəzinə 80 manat, 8192 kbit/san 180 manat  əvəzinə 120 manat, 10240 kbit/san - 240 manat əvəzinə 160 manat təşkil edəcək.

Əlavə məlumat almaq üçün 012 122 “qaynar xətt”inə və ya telekommunikasiya qovşaqlarına müraciət etmək olar.

Aynur Vəliyeva




28/06/13    Çap et