Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ şirkətləri hər il kiberhücumlara görə 114 milyard dollar itirir


ABŞ-ın neft qaz sektoru daha çox kiberhücumlara məruz qalır. Ötən ilin aprel-sentyabr ayları ərzində amerika şirkətlərinə qarşı həyata keçirilmiş hücumların əksəriyyəti məhz neft və qaz müəssisələrinin payına düşüb. Şirkətlər investorları qorxutmaqdan ehtiyat edərək kiberhücumlar haqqında informasiya vermirlər.

“ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, hər il ABŞ-ın energetika komplekslərinə qarşı həyata keçirilən kiberhücumların həcmi durmadan artır. Sözügedən hücumların nəticələri şirkətin fəaliyyətində ciddi nasazlıqlarla nəticələnə bilər.

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin direktoru Kit Aleksander bəyan edib ki, amerika biznesinə kibercinayətlərlə vurulan zərərin həcmi il ərzində 114 milyard dollar təşkil edir.

Emil Hüseynov




28/06/13    Çap et