Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın prosessinq mərkəzi kreditlərin onlayn ödənişi ilə bağlı daha bir bankla əməkdaşlığa başlayıb
“Bank Silk Way” “AzeriCard” prosessinq mərkəzi ilə birgə öz müştərilərinə kredit borclarını ATM, bankın və “AzeriCard”ın rəsmi səhifəsi vasitəsilə onlayn ödəmək imkanı yaradan “cari hesaba mədaxil” xidmətini təqdim edir.
“ICTnews” elektron xəbər xidmətinin prosessinq mərkəzinin saytına istinadən verdiyi məlumata görə, xidmətdən istifadə etmək üçün “www.banksilkway.az” “Kreditin onlayn ödənişi” və ya “www.azericard.com” “Onlayn ödəmə” səhifəsinə daxil olaraq hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etmək lazımdır. Növbəti səhifələrdə ödəniləcək məbləği (3000 AZN-dən çox olmamalı), kredit kart məlumatlarını və təhlükəsizlik kodunu qeyd etmək tələb olunur. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır. Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit üzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək.
Qeyd edək ki, plastik kart üzrə kredit borcunun onlayn ödənilməsi üçün həmin karta bağlı cari hesab nömrəsini “Bank Silk Way”-də dəqiqləşdirmək lazımdır. Kart nömrəsi bu əməliyyatın aparılması üçün istifadə olunmur.
CAHANGİR
28/06/13 Çap et