Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnterpol” minlərlə saytı bağladı


 
 
"İnterpol"un həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz dərman satışı ilə məşğul olan 10 mindən çox sayt bağlanıb. "BBC" telekanalının məlumatına görə, təxminən 30 milyon avro dəyərində 10 milyon saxta dərman preparatı dövriyyədən çıxarılıb. Yüzə yaxın ölkədə keçirilmiş əməliyyatda 58 nəfər həbs olunub.

İnternet vasitəsilə alınan dərmanların təhlükəsizliyinə zəmanət verilmir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, internet vasitəsilə satılan dərman preparatlarının 80 faizi saxtadır.

Dünya bazarındakı dərmanların 10 faizi saxta preparatlardır. 2010-cu ildə bu biznesdən 58 milyard avro gəlir əldə olunub. Bu rəqəm narkotik vasitələrin satışından əldə edilən gəlirlə müqayisə oluna bilər.





29/06/13    Çap et