Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle”-ın direktoru yenidən ABŞ-ın ən yüksək əmək haqqı alan “CEO”-su olub


"Bloomberg" agentliyinin məlumatına görə, "Oracle" korporasiyasının direktoru Larri Ellison Amerikanın ən yüksək maaş alan "CEO"-su olub. Ellison 96,2 milyon dollar həcmində kompensasiya, həmçinin 90,7 milyon dollar dəyərində səhm və 3.9 milyon dəyərində bonus və əlavələr alıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda dünyanın ən böyük şirkətlərinin "CEO"-larının maaş reytinqi Britaniyanın "Times" jurnalı tərəfindən də dərc edilir. Onun hesablama metodikasına əsasən də Larri Ellison ən yüksək əmək haqqı alan "CEO"-sudur.

Emil Hüseynov




01/07/13    Çap et