Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkədə elektron mədəniyyət inkişaf etdirilir
Azərbaycanda “Təhsildə internet hüququ və etikası təşəbbüsləri - Açıq Hökumətə dəstək” adlı layihə həyata keçirir.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Avropaya İnteqrasiya Mərkəzinin (AİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı layihənin məqsədi respublikamızın ali məktəblərində internet hüququ və etikası, müxtəlif növ elektron xidmətlərin göstərilməsi, Açıq Hökumətin təşviqi məsələləri ilə bağlı hüquqi maarifləndirmə işlərinin aparılması, eyni zamanda bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq üçün əyani tədris vəsaiti – “İnternet hüququ və etikası” kitabının hazırlanması ilə ölkəmizdə təhsilin və elektron mədəniyyətin inkişafına ictimai dəstək verməkdir. Mərkəzdən verilən məlumata görə, layihə çərçivəsində ekspertlərin, jurnalistlərin, müəllim və tələbələrin iştirakı ilə Bakı Avrasiya Universitetində “İnternet hüququnun və elektron media mədəniyyətinin əhəmiyyəti.
Azərbaycanda internet hüququnun təşəkkülü” mövzusunda növbəti seminar keçirilib. Tədbirdə internetin cəmiyyət həyatında mühüm faktora çevrildiyi, qlobal və milli anlamda sosial-iqtisadi və hüquqi dəyişikliklərlə xarakterizə olunduğu qeyd edilib, bununla əlaqədar ictimai münasibətlərin yeni növü olan internet münasibətlərinin (virtual münasibətlərin) tənzimlənməsi üzrə qanunlar, proqramlar və inkişaf konsepsiyaları, innovativ dəyərlərin və xüsusi normativ-hüquqi sistemin tətbiqinin zəruriliyi vurğulanıb.
SEYMUR
01/07/13 Çap et