Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cənubi Koreyada mobil rabitə şəbəkələrinin inkişafına son 8 ildə 48 milyard dollar sərmayə yatırılıb
"DigiEco" tədqiqat şirkətinin hesabatına əsasən, son 8 ildə Cənubi Koreyanın üç aparıcı operatoru mobil rabitə şəbəkələrinin müasirləşdirilməsinə 54.5 trilyon von (47.7 milyard dollar) dəyərində sərmayə yatırıb.
"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, sənədə əsasən, bu investisiyalar sayəsində ölkədə təxminən 350 min yeni iş yeri yaranıb. İnformasiya və telekommunikasiya sahəsinə yatırılmış sözügedən investisiya nəticəsində Cənubi Koreyanın iqtisadi artım tempinin təmini ilə nəticələnib.
Emil Hüseynov
01/07/13 Çap et