Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”un bütün şöbələri “Золотая Корона” beynəlxalq pul köçürmələri sisteminə qoşulacaq



Yaxın müddətdə "Azərpoçt" MMC-nin bütün şöbələrində "Золотая Корона" sistemi üzərindən pul köçürmələri almaq və göndərmək mümkün olacaq.

"ICTnews" elektron xəbər xidmətinin "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata görə,  milli poçt operatoru "Золотая Корона" beynəlxalq pul köçürmələri sistemi üzrə fəaliyyətini genişləndirməyə davam edir.

Bakı, Abşeron, Sumqayıt və Regional Poçt Filiallarının Müştəri Xidmətləri Şöbəsində fəaliyyət göstərən sözügedən sistem artıq Lənkəran, Şirvan RPF, Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Hacıqabul PF-lərin bütün lisenziyası olan şöbələrində qoşularaq əhalinin istifadəsinə verilib.

CAHANGİR




01/07/13    Çap et