Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil Nazirliyi elektron ərizələrin qəbuluna başladı



Təhsil Nazirliyi bu gündən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant müəllim yerlərinə işə qəbul üçün növbəti müsabiqəyə başlayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, iş axtaranlardan elektron ərizələrin qəbulu nazirliyin saytındakı "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla həyata keçiriləcək. Elektron ərizələrin qəbulu iyulun 15-dək aparılacaq. Bu il ümumtəhsil məktəblərində 3286 vakant müəllim yerinə işə qəbul həyata keçiriləcək.  Onların 2793-ü rayonlardakı orta məktəblərdə, 493-ü Bakı məktəblərində yerləşir.


RƏVAN
 




01/07/13    Çap et