Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Banklarda məlumatların təhlükəsiz saxlanılması məqsədi ilə məlumatların qorunması sistemi yaradılmalıdır


Banklarda məlumatların təhlükəsiz saxlanılması məqsədi ilə məlumatların qorunması sistemi yaradılmalıdır. Məlumatlar mütəmadi olaraq arxivləşdirilməli və təhlükəsiz yerdə saxlanılmalıdır. Mərkəzi Bankdan bildirilib ki, bu prosesin həyata keçirilməsi üzrə müvafiq qaydalar hazırlanmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.

Qeyd edək ki, son illərdə Mərkəzi Bank tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində banklarda qabaqcıl beynəlxalq praktikaya müvafiq korporativ idarəetmə standartlarının tətbiqinə, risklərin idarə edilməsi təcrübəsinin əhatə dairəsinin genişlənməsinə və risk funksiyasının əhəmiyyətinin yüksəlməsinə nail olunub.
 
HƏQİQƏT




01/07/13    Çap et