Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal brauzer bazarı üzrə vəziyyət araşdırılıb


40 mindən çox veb-sayta daxil olan 160 milyondan çox istifadəçinin fəallığını izləyən “Net Applications” analitik şirkəti qlobal brauzer bazarının vəziyyətini araşdırıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin iyun ayına olan statistikaya əsasən, “Internet Explorer” (IE) brauzerinin bazar payı 56,15% olub ki, bu da ötən ayla müqayisədə 0,16% çoxdur. “Firefox”un bazar payı 1,48% azalaraq 19,15% olub. “Chrome”-un bazar payı 17,17% olub ki, bu da ötən ayın göstəricisini 1,43% üstələyib. Ən yaxşı brauzerlərin beşliyinə, həmçinin “Safari” (5.55%) və “Opera” (1.58%) brauzerləri daxildir.

“StatCounter” analitikləri qlobal brauzer bazarı üzrə öz statistikasını təqdim ediblər. Onların hesablamasına görə, 2013-cü ilin yekununa uyğun olaraq, “Chrome” brauzerinin bazar payı 42,68% təşkil edib. Sonrakı yerlərdə 25,54% göstəriciyə malik “IE”, 20,01% ilə “Firefox” qərarlaşıb.

Emil Hüseynov
 




01/07/13    Çap et