Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daxil olan trafikin orta sürəti 4.24 Mbit/s təşkil edir


"Ookla" şirkəti "Speedtest.net" xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib.

Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.24 Mbit/s təşkil edir. Xatırladaq ki, ötən ay bu göstərici 4.10 Mbit/saniyə olub.

Bakı üzrə bu göstərici 4.65 Mbit/s, Sumqayıt üzrə isə 2,84 Mbit/s təşkil edir.
Nəticələr şirkətin 2013-cü il iyunun 1-dən iyunun 31-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 348287 unikal İP ünvanı seçilib.

Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 1 pillə irəliləyərək 116-ci yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (48.92 Mbit/s), Litva (37.55 Mbit/s) və Tayvan (36.78 Mbit/s) qərarlaşıb.

Xaric olan trafikin orta sürəti 1.77 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan ötən ayla müqayisədə 5 pillə geriləyərək 117-ci yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 2,03 Mbit/s, Sumqayıt üzrə isə 0,56 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (32.22 Mbit/s), Honkonq (31.81 Mbit/s) və Litva (31.50 Mbit/s) yer alıb.

Emil Hüseynov
 
 




01/07/13    Çap et