Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”un saytında internet ödəmə sistemi işə salınıb


Artıq vətəndaşlar “Azərpoçt” MMC-nin internet səhifəsi üzərindən müxtəlif ödənişləri onlayn qaydada həyata keçirə bilərlər.

“Azərpoçt”dan verilən məlumata görə, milli poçt operatoru ilə “GoldenPay” MMC arasında internet səhifəsi üzərindən müxtəlif ödənişlərin qəbulu üçün müqavilə imzalanıb.

Müqaviləyə əsasən internet səhifəsi və ya internet-bankinq sistemi vasitəsilə müxtəlif kommunal, mobil, stasionar telefon, “Kabel TV” və internet provayderlərin ödəmələrini və bu qəbildən olan digər ödəmələri qəbul etmək imkanı verən internet ödəmə sistemi yaradılaraq istifadəyə verilib.

CAHANGİR




01/07/13    Çap et