Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet provayderlər fəallaşıb


Azərbaycan internet xidmətləri bazarında ilin əvvəlindən bu günə kimi vəziyyət, demək olar ki, dəyişməyib. “Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı 1%-dək artaraq 25,5% təşkil edib.

Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan “Aztelekom”, “Uninet” və “Azeronline” şirkətləri kəskin rəqabəti davam ediblər. Son bir ay ərzində “Aztelekom”un bazar payı 1,2% artaraq 16,7% təşkil edib, “Uninet”in payı 11,16% olub, “Azeronline”-ın – 8,3%, “Connect”-in – 5,5%, “Dataplus”-un – 6% olub. Onların ardınca 4,5% bazar payı ilə “Azqtel”, 3% –“Adanet”, 2,5%–“Ultel”, 2,3%- “Azstarnet”, 1,8%-Smart,1,7%- “Avirtel”, 1,6%-“Azeurotel”, 1,7%- “Castel”, “Azstatenet”-in (Специальная служба государственной охраны) payı həmişəki kimi 1,32% təşkil edib.

Digər provayderlər bazarda çox kiçik paya malikdirlər – 0,01–1,21% ətrafında. Qeyd edək ki, ötən ilin sonundan etibarən “Orbit.az”, “Q-telecom”, “Meqatelecom”, “Globalnet”, “Eurotelecom” kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.

Aynur Vəliyeva




01/07/13    Çap et