Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qlobal innovasiya reytinqi” açıqlandı


İsveçrə üçüncü il ardıcıl olaraq Kornel Universiteti, Avropanın “INSEAD” biznes-məktəbi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən təşkil edilən “Qlobal innovasiya reytinqi”nə başçılıq edir.

“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki,  Cenevrədə dərc edilmiş hesabatda ümumilikdə 142 ölkənin  vəziyyəti təhlil edilib. Sözügedən reytinq iki komponent üzrə hesablanan indeks əsasında tərtib edilir: həm ölkənin innovasiya sahəsinə xərcləri və onun bu sahədə imkanları, həm də innovasiya fəaliyyətindən əldə olunmuş praktik nəticələr təhlil edilir. Ümumilikdə  əsas qrup üzrə təxminən 80 meyar nəzərə alınır.

İsveçrə iki il əvvəl innovasiya effektivliyinin yüksək səviyyəsi sayəsində qazandığı lider mövqeyini qoruyub saxlamağa müvəffəq olub. Reytinqdə ilk onluqda, həmçinin İsveç, Böyük Britaniya, Niderland, ABŞ, Finlandiya, Honkonq, Sinqapur, Danimarka və İrlandiya yer alıb.
Azərbaycan sözügedən reytinqdə 105-ci yerdə qərarlaşıb.

Emil Hüseynov
 
 
 




02/07/13    Çap et