Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan hərbçiləri kompüter dəstəkli təlim keçəcək



 
Bu ayın 4-də  «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində NATO Dəstək Agentliyi tərəfindən məlumatlandırma seminarı keçiriləcək. Azərbaycan hərbçilərinin də iştirak edəcəyi seminar paytaxt Bakıda təşkil ediləcək. 

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. MN-dən bildirilib ki, bundan başqa Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Beynəlxalq CAX (Kompüter Dəstəkli Təlim) seminarı reallaşdırılacaq.

Bu tədbirin də cari ayın 8-dən 12-dək Almaniya Federativ Respublikasının Vildflekken şəhərində düzənlənməsi planlaşdırılıb. 

SEYMUR




02/07/13    Çap et