Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“UniNet” şirkəti İPTV xidmətini təqdim edib



Azərbaycanın aparıcı internet provayderlərindən biri “UniNet” şirkəti müştərilərinə yeni İPTV xidmətindən istifadə etmək imkanı təqdim edib.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, xidmətə qoşulma ilə bağlı təlimat almaq üçün “iptv@uninet.az” elektron poçt ünvanına istifadəçinin qoşulma nömrəsi göstərilən məktub göndərmək tələb olunur.

Şirkətdən bildirilib ki, təsvirin və səsin keyfiyyəti telefon xəttinin keyfiyyətindən asılıdır, keyfiyyətli İPTV xidmətindən istifadə etmək üçün istifadəçi ən azından 4 Mbit/s sürətlə internetə qoşulmanı təmin etməlidir.

Aynur Vəliyeva

 




02/07/13    Çap et