Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan “Mail.ru” portalının istifadəsi üzrə beşinci yeri tutub
Azərbaycan “Mail.ru” portalının istifadəçi sayına görə beşinci yeri tutub.
“ICTnews” xəbər xidmətinin portalın rəsmi məlumatına istinadən verdiyi məlumata əsasən, həftə ərzində “Mail.ru” portalına Azərbaycandan bir milyondan çox internet istifadəçisi daxil olur.
Azərbaycan bu göstərici üzrə Özbəkistanı (776 min Mail.ru istifadəçisi), Moldovanı (848 min), Ermənistanı (604 min), Gürcüstanı (497 min), Qırğızıstanı (726 min), Estoniyanı (279 min), Latviyanı (277 min), Litvanı (168 min), Tacikistanı (209 min) və Türkmənistanı (123 min) geridə qoyub.
“Mail.ru” poçt akkauntuna daxilolmalara görə Azərbaycan eyni mövqeyi tutur, yəni 800 min daxilolma ilə 5-ci yerdə qərarlaşıb.
“Novosti” layihəsinin ziyarətçilərinin sayına görə Azərbaycan 108 min daxilolma ilə 9-cu yeri tutub və Rusiyadan (7,3 milyondan çox istifadəçi), Ukraynadan (1,6 milyondan çox), Qazaxıstandan (1 milyondan çox), Belarusdan (632 min), ABŞ-dan (172 min), Moldovadan (148 min), Almaniyadan (127 min) və Özbəkistandan (118 min) geridə qalıb.
Aynur Vəliyeva
02/07/13 Çap et