Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yanvar-iyun ayları ərzində 259 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
Bu ilin 6 ayı ərzində Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən 382 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
İdarədən verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 259 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.
Onlardan 165 ədədi möhürlənib, 7 ədədi silinib, 12 ədədi qeydiyyata salınıb və 75 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 34 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
CAHANGİR
02/07/13 Çap et