Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” şirkəti ucuz “OLED” monitorlar istehsal etməyə hazırlaşır
“Sony” şirkəti ucuz “OLED” monitorların istehsalına başlamağı planlaşdırır. Onların qiyməti indiki mövcud qiymətlərdən 70% aşağı olacaq. Hazırda “OLED” matris əsasında 25 düym ekran 30 min dollara başa gəlir.
“Sony” şirkəti kompyuter monitorları bazarı strukturunu ciddi şəkildə yeniləməyə çalışır. Analitiklər proqnozlaşdırır ki, iri formatlı ekranlarla yanaşı, televizor və mobil telefon ekranlarının da qiymətləri aşağı düşəcək.
08/08/11 Çap et