“Microsoft” şirkəti proqramçılar və İT administratorlarının işini çətinləşdirir
“Microsoft” şirkəti proqramçılar və İT administratorları üçün nəzərdə tutulmuş “TechNet” texniki sisteminə yazılma sisteminin işini dayandırmaq niyyətindədir.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, 1998-ci ildə istifadəyə verilmiş “TechNet” İT peşəkarlarına “Windows”un müştəri və server versiyalarına permanent lisenziyalar almağa imkan verir. Bu lisenziyalar yalnız qiymətləndirmə ehtiyaclarını təmin etmək və testləşdirmə üçün nəzərdə tutulub, bir çoxları bundan şəxsi kompüterlər üçün ucuz lisenziya kimi istifadə ediblər.
“Microsoft” şirkəti “TechNet”in istifadəçilərini məlumatlandırıb ki, yeni yazılmalar avqustun 31-dək satışda olacaq, onların aktivləşdirilməsi isə sentyabrın 30-dək həyata keçirilə biləcək, yəni texniki olaraq “TechNet”in işi bir ildən sonra dayandırılacaq - 2014-cü il sentyabrın 14-də. “TechNet” sisteminin “Volume Licence” müştəriləri lisenziyanın qüvvədə olacağı vaxt ərzində onu işlədə biləcəklər.
“TechNet”in bağlanması kommersiya bazarında “Technet”-lisenziyalarının yenidən ucuz satışı hallarının artması fonunda baş verir.
“Microsoft” həmçinin bildirib ki, “Windows Store” proqramlarının onlayn-kataloqları 100 min əlavə həddini aşıb. Xatırladaq ki, “Windows Store” kataloqu ötən ilin oktyabr ayında istifadəyə verilib.
Aynur Vəliyeva