Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nyu-York dünyada ilk şəxsi internet-domen zonası olan şəhər olacaq
Nyu-York dünyada ilk şəxsi "*.nyc" internet-domen zonası olan milyonluq şəhər olacaq.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "*.nyc" domen zonasında Nyu-Yorkda yerləşən və bu şəhər haqda bəhs edən saytlar işləyə bilərlər.
Şəhər "*.nyc" domenini almaq üçün internet şəbəkəsində qlobal ünvan mühitinin tənzimlənməsi üzrə korporasiyaya rəsmi müraciəti 2009-cu ildə edib.
"Neustar" şirkəti bu domen zonasının operatoru olacaq və onun texniki dəstəyini həyata keçirəcək.
Qeyd edək ki, hazırda "ICANN" 2 minədək "*.app" və ya "*.pizza" kimi yuxarı səviyyəli domen adlarına olan müraciəti nəzərdən keçirir. Qeydiyyat "New gTLD" proqramı çərçivəsində həyata keçirilir. Lakin bir sıra Nyu-York və ya Berlin kimi iri şəhərlər öz domenlərini almaq üçün bu proqramdan öncə müraciət ediblər.
Aynur Vəliyeva
03/07/13 Çap et