Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Philips” şirkəti iki “SİM” kart dəstəkləyən smartfon təqdim edib
"Philips" şirkəti turizm və istirahət həvəskarları üçün "Xenium W8500" adlanan smartfon təqdim edib. Aparat iki "SİM" kartı dəstəkləyir və bunun sayəsində səyahətlər zamanı qənaət etmək mümkün olacaq, həmçinin sukeçirməz korpusla təchiz edilib.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, smartfon "IPS" matrislə (960x540) təchiz edilmiş 4,3 düymlü ekrana malikdir, 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 8 meqapiksellik arxa və 1.3 meqapiksellik ön kamera ilə təchiz edilib.
Cihaza "Android 4.1" mobil əməliyyat sistemi quraşdırılıb. Fləş-yığıcının tutumu 2 QB təşkil edir. Onu "microSD" kart hesabına genişləndirmək mümkündür.
Akkumulyatorun tutumu 2400 milliamper/saat təşkil edir. Cihazın çəkisi 171 qramdır.
Emil Hüseynov
03/07/13 Çap et