Onun sözlərinə görə, avtobuslarda daha 200 validatorun quraşdırılması planlaşdırılır: «Bu avadanlıq Türkiyədən gətirilir. Bu prosesin işə düşməsi üçün ən azı 500 avtobusda bu qurğu quraşdırılmalıdır».
N.Həsənov qeyd edib ki, eyni zamanda kartların istehsalı da davam etdirilir: «İlkin olaraq bu, 500 avtobusu əhatə edəcək. Bu isə 29 marşrut deməkdir. Proses mərhələli şəkildə davam edəcək və ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub. Bu, böyük bir prosesdir».
Həmçinin, bankların köməkliyi ilə müvafiq onlayn ödəniş sistemi də hazırlanır və bunu Türkiyənin «Asis» şirkəti həyata keçirir.
Qeyd edək ki, nəqliyyat sistemində ödəniş kartlarının tətbiqi proqramının 2014-cü ildə tam yekunlaşdırılması planlaşdırılır.