Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Pantech” şirkəti “Vega Q" smartfonunu təqdim edib
"Pantech" şirkəti toz və sudan qoruyan korpusla təchiz edilmiş yeni "Vega Q" smartfonunu təqdim edib. Sözügedən aparat suda 1 metrədək dərinlikdə işləməyə "qadirdir".
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, aparat orta qiymət kateqoriyasına məxsus smartfonların parlaq nümayəndəsidir.
Smartfon 1280x720 piksel təsvir ölçülü keyfiyyətli 4.3 düymlü ekran, 1,5 QHs takt tezlikli ikinüvəli prosessor, 1 Qb əməli yaddaş və 16 Qb daxili yaddaşla təchiz olunub. Aparat "Android 4.1" əməliyyat sistemi ilə işləyəcək.
Emil Hüseynov
03/07/13 Çap et