Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil rabitə xidmətləri bazarında “Daşınan nömrələr” layihəsinin tətbiqi texniki məsələlərin həllindən sonra mümkün olacaq



 
Azərbaycanın mobil rabitə xidmətləri bazarında "Daşınan nömrələr" (Mobile Number Portability) layihəsinin tətbiqi texniki məsələlərin həllindən sonra mümkün olacaq. Şirkətlər texniki məsələlərə hazır olmalı, öz infrastrukturlarının hazırlıq səviyyəsini təmin etməlidirlər. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

Qeyd edək ki, Azərbaycanda "Mobile Number Portability" xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur.

"Daşınan nömrələr" xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.
 
 
Həqiqət İSABALAYEVA





03/07/13    Çap et