Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu ilin iyununda noutbukların tədarük həcmi artıb
Tayvanın “Digitimes Research” analitik şirkətinin ekspertləri aparıcı brend və müqavilə istehsalçılarında noutbukların tədarük həcminin artmasını qeydə alıblar: onların iyun üzrə tədarük həcminin göstəriciləri may ayının göstəricisini müvafiq olaraq 19% və 16% üstələyib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, brend istehsalçıları arasında nəzərəçarpacaq artım “Hewlett-Packard”, “Asustek Computer” və “Acer” şirkətlərində qeydə alınıb: ötən ay “HP”-də noutbukların tədarük həcmi 2,9 milyon olub; “ASUS” şirkətinin göstəriciləri 1,3-dən 1,6 milyonadək və “Acer”də isə 1,5-dən 1,73 milyonadək artıb.
“Digitimes Research”in məlumatlarına əsasən, “Lenovo” və “Dell” şirkətlərində noutbuk tədarüklərinin həcmi müvafiq olaraq 2.25-dən 2,64 milyonadək və 1,75-dən 1,8 milyonadək artıb.
Lakin ötən ayla müqayisədə müsbət dinamikaya baxmayaraq, cari ilin iyununda tədarük həcmi 2012-ci ilin müvafiq ayı ilə müqayisədə aşağı olub.
Emil Hüseynov
03/07/13 Çap et