Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti 20 milyon “Galaxy S4” smartfonu satıb
“Galaxy S4” smartfonlarının satış həcmi iki ay ərzində 20 milyonu ötüb. Bu barədə “Samsung”un mobil bölməsinin direktoru Cey Ken Şin məlumat verib.
Beləliklə, “Galaxy S4” “Android” mobil əməliyyat sistemi ilə işləyən ən tez satılan smartfondur. Müqayisə üçün qeyd edək ki, “Galaxy S III” smartfonu bu göstəriciyə 100 gün ərzində nail olub.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Galaxy S4” smartfonunun qlobal relizi bu il aprelin sonunda olub. Smartfon dünyanın 60-dan çox ölkəsində əlçatandır.
“Consumer Reports” jurnalı bu yaxınlarda “Galaxy S4” cihazını ən yaxşı smartfon adlandırıb.
Xatırladaq ki, 2013-cü ilin birinci rübündə “Samsung” şirkəti 69,4 milyon smartfon tədarük edib.
Emil Hüseynov
03/07/13 Çap et