Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın Dövlət Departamenti "layk" almaqda ifşa olunub
ABŞ Dövlət Departamentinin yanında beynəlxalq informasiya proqramları bürosu “Facebook” sosial şəbəkəsində öz səhifələrinə "layk" verilməsindən ötrü 630 mindən çox dollar xərcləyib.
Qurumun baş inspektoru abunəçilərin cəlb edilməsi üzrə kampaniyanın nəticələrinin qeyri-kafi olduğunu etiraf edib və belə nəticəyə gəlib ki, Dövlət Departamenti vergi ödəyicilərinin pulunu boş yerə xərcləyib.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 500 milyondan çox dollar xərcləmiş Dövlət Departamenti “Facebook”da ingilisdilli səhifəsinin abunəçilərinin sayını 100 mindən 2 milyonadək artırıb.
Digər dillərdə olan səhifələrin auditoriyası 450 minədək artıb. Güman ki, cəlb edilmiş istifadəçilərin əksər hissəsi insan deyil, robot olub. Statistikaya əsasən, abunəçilərin yalnız təxminən 2%-i "layk" verir, materialları müzakirə edir və onları paylaşır.
Emil Hüseynov
03/07/13 Çap et