Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə planşetlərin satış həcmi təxminən 39% artacaq
“Gartner” şirkətinin proqnozuna əsasən, bu il planşet kompüterlərin satış həcmi 38,9%, mobil telefonlarda isə yalnız 9,3% artacaq.
Tədqiqatda qeyd edilib ki, 2013-cü ildə İT sahəsinə sərf edilmiş ümumi xərclərin həcmi 2% artaraq 3,7 trilyon dollar olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, cihazlara sərf edilmiş xərclərin həcmi 2,8% artaraq 695 milyard dollar olacaq. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə bu göstərici 676 milyard dollar təşkil edib.
Analitiklər qeyd edirlər ki, 2013-cü ilin birinci rübündə fərdi kompüterlərin satış həcminin azalması qeydə alınıb və bu tendensiya cari ilin ikinci yarımilliyində də saxlanılacaq.
Emil Hüseynov
03/07/13 Çap et