Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur modelyer “Apple” şirkətiinin top meneceri oldu


“Yves Saint Laurent” (YSL) moda evinin direktoru Pol Denev “Apple” şirkətinin top-meneceri təyin edilib. “Bloomberg”in müxbiri Adam Satariano bildirib ki, yeni vitse-prezident "xüsusi layihələrlə" məşğul olacaq və birbaşa şirkətin baş direktoru Tim Kuka tabe olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Denev 1990-1997-ci illərdə Avropada marketinq və satışlarla məşğul olub. Şirkəti tərk etdikdən sonra belçikalı “Courreges”, “Nina Ricci” və “Lanvin” daxil olmaqla bir çox moda evlərində çalışıb. 2011-ci ilin aprelində Denev YSL-in prezidenti və direktoru, 2012-ci ilin martında isə yaradıcı direktoru təyin edilib.

52 yaşlı Denev “Apple” şirkətində yenidən pərakəndə satışlarla məşğul olmayacaq.

Güman etmək olar ki, Denevin xüsusi layihələri “Apple”ın ticarət markası ilə əlaqəli olacaq. Onun marketinqi və brend mallar sənayesini dərindən anlaması “iPhone” və “iPad” istehsalçısına taxılan elektronikanı satmaqda kömək edə bilər.

Emil Hüseynov
 




04/07/13    Çap et