Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2017-ci ilədək mobil trafikin həcmi 300% artacaq
“Strategy Analytics” tədqiqat şirkətinin əməkdaşları mobil qurğular tərəfindən yaradılan trafikin kəskin artımını proqnozlaşdırırlar.
Bu cür yüklənmə mobil şəbəkələrə baha başa gəlir, həm də ki abunəçilərin əksəriyyəti əvvəlki kimi yüksək sürətli rabitə standartlarını dəstəkləyən smartfonlardan istifadə edəcəklər.
"Mobil verilənlərin ötürülməsi trafikinin həcmi hər il iki dəfə artır, çünki smartfonların nüfuzetmə səviyyəsi artır və yeni cazibədar xidmətlər istifadəyə verilir" – “Strategy Analytics” analitik şirkətinin analitiki Devid MakKuin deyib. Onun proqnozlarına görə, 2017-ci ilədək mobil telefon və smartfonlar hər il 21 ekzabaytadək trafik yarada biləcək ki, bu da 2012-ci illə müqayisədə 300% çoxdur.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mobil videolar drayv rolunu oynayacaq: 4 il sonra bu trafik 47% artacaq. “Strategy Analytics”in analitikləri 2012-ci ilin yekununa görə onun həcmini 1,5 ekzabayt qiymətləndiriblər. 2017-ci ilə bu göstərici 8,6 ekzabaytadək artacaq.
Mobil brauzerlərdə internet səhifələrinə baxaraq cihaz istifadəçilərinin yaratdıqları trafikin həcmi 9,3 ekzabayt olacaq. Qeyd edək ki, 2012-ci ildə sözügedən göstərici 2.6 ekzabayt olub. “Strategy Analytics”in analitiki Süzan Velş de Qrimaldo deyib ki, hazırda operatorlar artmaqda olan videotrafikdən pul qazanmaq imkanları axtarırlar.
Telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson”-nun hesablamalarına görə, 2018-ci ilin sonunda qloabl trafikdə video məzmunun payı 31%-dən 60%-dək artacaq. Bəzi operatorların abunəçiləri hər ay orta hesabla təxminən 2,6 QB həcmində videoçarx yükləyir. Smartfonların nüfuzetmə səviyyəsinin artmasına baxmayaraq, 2018-ci ildə mobil şəbəkələrə 4 milyard qoşulma adi telefonların köməkliyi ilə həyata keçiriləcək.
Mobil internet istifadəçilərinin fəallığı operatorları şəbəkə infrastrukturunun inkişafına daha çox vəsait yatırmağa və yüksək sürətli “LTE” şəbəkələrini qurmağa vadar edir. İsveç şirkətində çalışan analitiklərin proqnozlarına görə, 2018-ci ilədək planetin əhalisinin 60%-i “4G” texnologiyasından istifadəyə keçəcək. 4 il sonra “LTE” abunəçilərin sayı 1 milyardı ötəcək.
Emil Hüseynov
04/07/13 Çap et