Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yolda elektron monitorlar qurulacaq
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 15-45-ci kilometrlik hissəsi genişləndirilərək dördzolaqlı olacaq. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirdi ki, adıçəkilən istiqamətə işlərin böyük hissəsi görülüb.
Layihə üzrə genişləndirilməsi nəzərdə tutulan mövcud yolun uzunluğu 30 kilometrdir və yol ikizolaqlıdan dördzolaqlıya genişləndiriləcək. Ən əsası isə yolda hər bir məlumatların toplandığı elektron monitorlar qurulacaq. Bu monitorlarda sürət həddi, havanın temperaturu göstəriləcək.
Bundan başqa həmin yolda elektron radarlar da qurulacaq. Radarlar avtomobilin sürət həddi ilə yanaşı, iki monitor arasındakı maksimim sürətini də hesablayacaq. Bundan başqa bu yolda müxtəlif yol hərəkəti işarələrinin də elektron formada tətbiq edilməsi gözlənilir.
RƏVAN
04/07/13 Çap et