Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanları artırılır



Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanlarının artırılması məqsədilə yeni tədbirlər həyata keçirir. Bu barədə məlumat verən birliyin baş direktor müavini Xankişi Kişiyevin bildirdiyinə görə, həyata keçirilmiş tədbirlər nəticəsində təkcə BTRİB ADSL abunəçilərinin sayı 300 minə çatıb.

“Bundan başqa ayrı-ayrı biznes mərkəzləri, təhsil sektoru, nazirliklər, komitələr, səhiyyə sektoru hər biri ayrılmış birbaşa optik kabellə yüz minlərlə abunəçilər internetə qoşulub. Tariflərin endirilməsi və NGN texnologiyasının genişləndirilməsi bu sahədə abunəçilərin sayının durmadan artacağını deməyə əsas verir”- deyə baş direktor müavini bildirib.

 Qeyd edək ki, ADSL xidmətinə qoşulması abunəçilərə sürətli internet xidməti ilə yanaşı, İPTV, videotelefoniya, İAD-sıxlaşdırılmış abunə xidmətləri kimi əlavə rabitə xidmətlərindən istifadəsinə şərait yaradıb.

RƏVAN




04/07/13    Çap et