Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Birliyi və Yaponiya 100 qiqabitlik şəbəkə texnologiyası yaradırlar


Avropa Birliyi və Yaponiyanın şəbəkə texnologiyalarının işlənib hazırlanması üzrə həyata keçirəcəkləri layihə çərçivəsində 100 Qbit/san sürətində şəbəkə mübadiləsi imkanı təklif ediləcək ki, bu da Avropa vətəndaşlarının evlərindəki müasir genişzolaqlı internetə çıxış imkanının orta sürətindən təxminən 5000 dəfə daha sürətlidir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni texnologiyaların hazırlanmasına təxminən 18 milyon avro dəyərində vəsait ayırmaq planlaşdırılır. Avropa Birliyi və Yaponiya, həmçinin kibertəhlükəsizlik, şəbəkə verilənlərinin saxlanılması texnologiyaları, həmçinin verilənlərin yüksəksürətli ötürülməsi sistemləri sahəsində həllərlə məşğul olacaqlar.

Avropa Komissiyasının rəsmi bəyanatında deyilir ki, gələcəkdə şəbəkələr Avropa və onun vətəndaşlarının həyatında çox mühüm rol oynayacaq, buna görə də artıq gələcəyin şəbəkə texnologiyalarının hazırlanması vaxtı çatıb. Məlumatlara əsasən, hazırda Avropada hər dəqiqə təxminən 1,7 trilyard bayt həcmində məlumat ötürülür və 2017-ci ilə bu göstərici 12 dəfə artacaq.

Avropa Birliyi və Yaponiyanın birgə həyata keçirəcəyi layihə “Strauss” adlanır.

Emil Hüseynov
 




04/07/13    Çap et