Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Startup Azərbaycan” layihəsinin 6 qalibi müəyyən edilib (FOTOLAR)


"Startup Azərbaycan" layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib. Konfransda müsabiqənin finalçıları elan edilib. Belə ki, ümumilikdə bu müsabiqəyə 46 layihə təqdim olunub. İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli ekspert və mütəxəssislərdən ibarət olmaqla "Startup Azərbaycan" tərəfindən formalaşdırılan Münsiflər heyətinin qiymətləndirilməsi əsasında 15 yarımfinalçı arasından müsabiqənin finalçıları seçilib.

Onların arasından isə cəmi 6 nəfər "Startup Azərbaycan" layihəsinin qalibi olub.


Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

"Startup Azərbaycan" layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir. "Startup Azərbaycan"ın baş sponsoru "Bakcell" şirkətidir. "Microsoft", "İnfi Pro" şirkətləri də "Startup" Azərbaycanın sponsorlarıdır.

HƏQİQƏT
























04/07/13    Çap et