Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya hökuməti Amerika hostinqindən imtina etməyi təklif edir



ABŞ kəşfiyyat strukturlarının onların şəxsi məlumatlarını ələ keçirməyindən çəkinən internet istifadəçiləri özləri haqda məlumatları və veb-səhifələri ABŞ-da yerləşən serverlərdə yerləşdirməməlidirlər.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix bildirib ki, Almaniyanın təhlükəsizlik orqanları ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin, internet istifadəçilərinin izlənməsi üçün istifadə edilən PRİSM adlı məxfi proqramın mövcudluğu haqda  məlumatsız olublar.

Almaniyanın Konstitusiyanın qorunması üzrə federal idarəsinin rəhbəri Hans-Qeorq Maasen deyib ki, alman əks-kəşfiyyatı Avropa İttifaqının məmurlarının amerikalılar tərəfindən izlənməsi və Almaniya vətəndaşlarının telefon və internet bağlantısı zamanı məlumat əldə etməsi ilə bağlı xəbərsiz  olublar. Buna baxmayaraq Maasen istisna etməyib ki, ABŞ xüsusi xidmətlərin əməkdaşlığı çərçivəsində Almaniyaya qlobal şəbəkədə hərəkət edən ekstremistlər haqda PRİSM vasitəsi ilə dəyərli məlumatlar verib.

Daxil İşlər Nazirliyinin rəhbəri eyni zamanda  bildirib ki, hökumətin Amerikanın xüsusi xidmətlərinin alman telekommunikasiya qovşaqlarına səfirliklərin və rəsmi orqanların nümayəndələrinin danışıqlarını izləmək üçün qoşulması haqda məlumatı yoxdur.

O qeyd edib ki, yaxın zamanda alman nümayəndə heyəti Vaşinqtona "şəbəkə" casusluğu haqda məlumat almaq üçün yola düşəcək.


Aynur Vəliyeva
 




05/07/13    Çap et